Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.12.2025 12:50
  • A-
  • A
  • A+

AMEA-nın Rəyasət Heyəti aparatının əməkdaşları Naxçıvan Bölməsində olublar

AMEA-nın Rəyasət Heyəti aparatının əməkdaşları Naxçıvan Bölməsində olublar

AMEA-nın Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud, Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva, Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru  Arzu Məmmədxanlı və İctimai Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Mənsimova AMEA-nın Naxçıvan Bölməsində olublar.

Qonaqlar əvvəlcə bölmənin sədri akademik İsmayıl Hacıyevlə görüşüb, daha sonra bölmə əməkdaşlarının çap olunmuş əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgi barədə ətraflı məlumat verən İsmayıl Hacıyev bölmə alimlərinin müəllifliyi ilə çap olunmuş fundamental əsərləri, kitab və monoqrafiyaları ziyarətçilərin diqqətinə çatdırıb.

Sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Arxeologiya və Etnoqrafiya muzeyinin ekspozisiyasına baxış olub. Arxeoloji xidmət şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva muzeydə sərgilənən eksponatlar barədə əhatəli məlumat verib.

Qonaqlar, həmçinin Bölmənin Elektron xidmətlər şöbəsi və elmi-tədqiqat institutlarının fəaliyyəti ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: