Türk dövlətlərinin qədim və orta əsrlərdə tarixi aspektdə inkişaf nəzəriyyəsinə diqqət yetirdikdə bu dövlətlərin dünyanın ilk imperiyalarının yaranması sırasında ilk onluqda olması, strateji coğrafi mövqedə yerləşməsi, beynəlxalq əhəmiyyətli tranzit yolların iqtisadi potensialının güclənməsində rolu, dil, elm, mədəniyyət və s.nin ilk inkişafında türk alimlərinin yeri və s. ilə önəmli yet tutduqları aydın olaraq görünür.
Türk Dövlətləri Təşkilatının inkişafının əsasını Türk Dövlətlərinin siyasəti, iqtisadiyyatı, etnokulturologiyası, hərbi sistemi, elmşünaslığı və s. təşkil edir.
Dünya inkişaf tarixində ilk yerlərdə qərarlaşmış qədim və orta əsrlər türk dövlətlərinin hüquqi-siyasi və hərbi-iqtisadi gücünün olması, onlara qarşı rəqib dövlətlərin məkrli planlar qurması ilə azadlıqlarının qismən vəya bütövlükdə məhv edilməsinə səbəb oldu. XIX və XX əsrlərə qədər işğal edilərək parçalanmış və siyasi-tarixi yox edilməyə məhkum olunmuş türk dövlətləri XX əsrin sonları və XXI əsrin əvvəllərində yenidən güclü formasiya keçərək öz qüdrətlərini nümayiş etdirərək dünya siyasi-hərbi-iqtisadi və s. arenasına çıxmağı bacardılar. Bugün artıq öz sözünün sahibi olan, daxili və xarici problemlərinə qarşı öz imzası ilə nöqtə qoymağı bacaran türk dövlətləri dünya siyasətində və yeni dünya tarixində layiq olduğu əzəmətli yerini tutmağa başlamışdır.
Bunun ən bariz nümunəsindən biri də Türk Dövlətləri Təşkilatının yaradılması, zamanın tələbi kimi qarşıya çıxan və yerinə yetirilən uğurlu addımlardan ən önəmlisidir. Türk Dövlətləri Təşkilatı Türkiyə Cümhuriyyətində keçirilən Türkdilli Ölkələrin Zirvə Toplantısı (1992) zamanı yaradılmışdır. Naxçıvanda imzalanmış Naxçıvan Müqaviləsi ilə “Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası” (Türk Şurası) (2009), İstanbul Zirvə Toplantısında (2021) isə bügünkü adı ilə “Türk Dövlətləri Təşkilatı” (TDT) adlandırılmışdır.
Regional beynəlxalq təşkilat olaraq Türk Dövlətləri Təşkilatının əsas fəaliyyət istiqaməti və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilmişdir. Məsələn: regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi və s.
Türk Dövlətləri Təşkilatına daxil olan əlaqəli orqan və təşkilatlar isə bunlardır: TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası, Türk Ticarət və Sənaye Palatası.
Türk Dövlətləri Təşkilatına sədrliyi Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi edən üzv ölkə növbəti zirvəyə qədər davam etdirir.
Bügünədək Türk Dövlətləri Təşkilatının 12 Zirvə görüşü (Almatı, Bişkek, Qəbələ, Bodrum, Nur-Sultan, Çolpan-Ata, Bakı, Türkistan, Ankara, Səmərqənd, Astana) olmuşdur. 2025-ci ildə 12-ci Zirvə görüşü isə Azərbaycanda keçirilməsi qərara alınmışdır. Oktyabrın 7-də Qəbələ şəhərində keçirilmiş həmin Zirvə Görüşündə 2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsi haqqında razılıq əldə olundu.
Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatının əsas iqtisadi göstəricilərinə nəzər yetirdikdə dünya iqtisadiyyatında önəmli yer tutuduqlarının şahidi oluruq. Belə ki, Türk Dövlətlərinin ümumi ərazisi 4 823.5 min km, ümumi daxili məhsul 1 383 milyard ABŞ dolları, əhalisi 173.8 milyon nəfər, ticarət dövriyyəsi 855.7 milyard ABŞ dollardır.
Müasir dövr Türk Dövlətləri Təşkilatının inkişafında Azərbaycanın yeri və rolu öz əhəmiyyəti ilə seçilir. Belə ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biridir (Naxçıvan Saizişi); Azərbaycanın zəngin təbii sərvətlərə, enerji resurslarına və s. malik olması iqtisadi potensialın gücünü artırır; Azərbaycan Türk Dövlətləri Təşkilatının üzvləri ilə əməkdaşlığını beynəlxalq platformalarda davam etdirir; Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsünün verilməsi ideyası (İ.Əliyev, 2014); Türk dövlətlərindən kənarda yaşayan türk mənşəli insanların hüquqları, təhlükəsizliyinin qorunması ideyası (İ.Əliyev, 2020); Türkdilli dövlətlərin milli mənafeyinin qorunmasında iştirak etməsi; Türk Dövlətləri Parlament Asssambleyası (TÜRKPA) və Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) mənzil qərargahları Azərbaycanda (Bakı şəhəri) yerləşməsi; balanslı regional və qlobal siyasətin aparılması; çoxsaylı beynəlxalq ideya və layihələrin tətbiq edilməsi və s.
Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi statistik göstəricilərinə nəzər yetirdikdə türkdilli
dövlətlərlə qarşılıqlı idxal və ixrac sahəsində yüksələn dinamikanı izləmək mümkündür. Azərbaycanın türk dövlətləri ilə iqtisadi rolunun əhəmiyyətli istiqamətləri içərisində təbii resurslar, energetika, logistika və s. əsas yer tutur. Neft və neft məhsulları isə xüsusi üstünlük təşkil edir.
Nəticə etibarilə qeyd edək ki, Türk Dövlətləri Təşkilatının gələcək inkişafının geniş sferada
əlaqələndirilməsi üçün 2021-ci ildə “Türk Dünyası 2040 Vizyonu” adlı rəsmi sənəd təsdiq edilmişdir. Sənədə müvafiq olaraq bu təşkilata üzv ölkələrin iqtisadi, siyasi, sosial, mədəni və s. əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsində qarşıda duran prioritet istiqamətləri göstərilir. Bu göstəricidə məhz Azərbaycanın xüsusi yeri və çəkisi vardır.
Təranə RÜSTƏMOVA, AMEA-nın əməkdaşı, M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.