Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.12.2025 10:00
  • A-
  • A
  • A+

“Molekulyar Biologiya İnstitutu” PHŞ FAO-nun AGRİS Bazasının Fəal Məlumat Təqdimatçısı seçilib

“Molekulyar Biologiya İnstitutu” PHŞ FAO-nun AGRİS Bazasının Fəal Məlumat Təqdimatçısı seçilib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) AGRİS Beynəlxalq Məlumat Bazasının komandası adından AR ETN “Molekulyar Biologiya İnstitutu” PHŞ-yə məktub daxil olub.

Məktubda deyilir: “AGRİS-də indeksləşən “Transactions of the İnstitute of Molecular Biology and Biotechnologies” jurnalı üzrə 2025-ci il ərzində təqdim etdiyiniz məlumatlara görə siz “2026-cı il üzrə İlin Fəal Məlumat Təqdimatçısı üçün Tanınma Möhürü” (Seal of Recognition for Active Data Provider of the Year 2026) ilə təltif olunursunuz. Bu möhürü istifadəçiləriniz üçün veb-saytınızda yerləşdirə bilərsiniz. Sizi bu mühüm hadisə və qarşıdan gələn Yeni İl münasibəti ilə təbrik edir, ən xoş arzularımızı bildiririk”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: