Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.12.2025 15:02
  • A-
  • A
  • A+

Fizika İnstitutu ilə Özbəkistan Elmlər Akademiyasının Fizika-Texnika İnstitutu arasında memorandum imzalanıb

Fizika İnstitutu ilə Özbəkistan Elmlər Akademiyasının Fizika-Texnika İnstitutu arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun “Darzolaqlı yarımkeçiricilər və yüksəktemperaturlu ifratkeçiricilər” laboratoriyasının rəhbəri f.ü.f.d., dosent Raida İbayeva Özbəkistan Respublikası Daşkənd şəhərində keçirilən akademik S.Azimovun 110 illik yubileyinə həsr olunmuş “Müasir Fizikanın Fundamental və Tətbiqi Problemləri” adlı XI Beynəlxalq konfransında iştirakı zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu ilə Özbəkistan Respublikası Elmlər Akademiyasının Fizika-Texnika İnstitutu arasında elmi əlaqələrin yaradılması və inkişaf etdirilməsi müzakirə olunub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu ilə Özbəkistan Respublikası Elmlər Akademiyasının Fizika-Texnika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov və Özbəkistan Respublikası Elmlər Akademiyasının Fizika-Texnika İnstitutunun direktoru professor Xüsniddin Olimov imzalayıb.

Bu Anlaşma Memorandumu fizika və fizika-texnika sahələrində birgə elmi tədqiqatların aparılması, müasir fizika və texnologiya sahələrində təcrübə, nəşr və elmi məlumat mübadiləsi, ortaq elmi layihə və proqramların həyata keçirilməsi, eləcə də alim, tədqiqatçı və mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsi və elmi potensialın inkişafına dəstək nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: