Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.12.2025 14:05
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşı respublika konfransında məruzə edib

Əlyazmalar İnstitutunun əməkdaşı respublika konfransında məruzə edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin kiçik elmi işçisi Ramidə Abbasova Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Azərbaycan müstəqilliyinin başlandığı məkan – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi” mövzusunda keçirilmiş respublika elmi konfransında iştirak edib.

“Azərbaycan istiqlal mübarizəsi tarixi və ədəbiyyatımız”, “Nizami Muzeyində Azərbaycan Cümhuriyyətinin Nazirlər Kabinetinin fəaliyyəti və şəxsiyyətləri”, “Nizami muzeyinin binasında Azərbaycan Cümhuriyyətinin Xüsusi Təhqiqat Komissiyasının fəaliyyəti” və digər Azərbaycan Xalq Cümhuriyyəti dövrünü araşdıran mövzulara həsr olunmuş konfransda Əlyazmalar İnstitutunun əməkdaşı “Azərbaycan istiqlal mübarizəsi tariximiz və ədəbiyyat: Rafiq Yusifoğlu yaradıcı dünyasında” adlı məruzə ilə çıxış edib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Qeyd edək ki, respublika elmi konfransı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: