Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Nadir şah Əfşarın şəxsi münşisi Mirzə Mehdi xan Astrabadinin “İnşa” əsəri çapdan çıxıb
08.04.2016 09:30
  • A-
  • A
  • A+

Nadir şah Əfşarın şəxsi münşisi Mirzə Mehdi xan Astrabadinin “İnşa” əsəri çapdan çıxıb

AMEA-nın Əlyazmalar İnstitutu və Azərbaycanda  Atatürk Mərkəzi tərəfindən XVIII əsr Azərbaycan tarixçisi Nadir şah Əfşarın şəxsi münşisi Mirzə Mehdi xan Astrabadinin “İnşa” əsəri nəşr olunub.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabda bır sıra tarixi şəxsiyyətlərin məktubları, tarixi sənədləri yer alıb. “İnşa”ya daxil edilmiş sənədlər içərisində Nadir şahın məktubları Azərbaycan və  İran tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Əsəri fars dilindən tərcümə edən və şərhlərin müəllifi Əlyazmalar İnstitutunun elmi işçisi Hacı Rauf Şeyxzamanlıdır.

Nəşrin redaktoru Əlyazmalar İnstitutunun direktor müavini, fil.ü.e.d. Paşa Kərimov, rəyçiləri Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və AMEA-nın müxbir üzvü Nizami Cəfərovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: