Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.01.2026 09:46
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artmışdır. Maksimal sinifli alışma 4324 oblastındakı M7.11 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq radio rabitədə R1-R2 səviyyəli fasilələr, II-IV tip radio emissiya və 10 sm dalğa uzunluğunda radioalışma qeydə alınmışdır. Həftə ərzində birbaşa Yerə yönəlmiş komponentə malik Tac Kütlə Atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində ləkələrin sayı artaraq 8 ləkə qrupunda 138 ləkə və Tac Dəliyi  müşahidə olunur.

ETN Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli 6690 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.

Günəş küləyinin maksimal sürəti 884 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 12 nT, radial istiqamətdə isə -8 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 450 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 9.29 nT, radial istiqamətdə isə -9.2 nT təşkil edir.

Hesabat dövründə geomaqnit sahəsinin intensivliyi  31 dekabr - 01 yanvar tarixlərində qeydə alınmış TKA-nın təsiri ilə G1-G2 səviyyəsinə yüksəlmiş, 01-03 yanvarda zəif-orta səviyyəli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksinin göstəricisi 3.4-dür və kosmik hava qeyri-sabitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (05-11 yanvar) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin  gözlənilən TKA-nın təsiri ilə yüksələcəyi gözlənilir. 10 MeV-dən çox enerji yüklü proton seli üçün də 07 yanvarda S1 səviyyəli proton qasırğası ehtimalı var.

Günəş küləyinin sürətinin 7 yanvaradək nominal qiymətə geri dönəcəyi, sonra isə yenidən yüksələcəyi gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-30%, orta  geomaqnit enliklərdə isə 25-1%-dir.

Geomaqnit sahəsi – 31 dekabr və 1 yanvarda qeyd olunan TKA-ın təsiri ilə bu gün də G1-G2 səviyyəli geomaqnit qasırğası olması ehtimalı var. Sonra isə geomaqnit sahəsinin intensivliyinin sakit və qeyri-sabit səviyyələr arasında dəyişəcəyi gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: