Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.01.2026 15:43
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinin kataloqunda Vətən müharibəsi iştirakçısı Radif Mustafayev haqqında məlumat yerləşdirilib

Milli Azərbaycan Tarixi Muzeyinin kataloqunda Vətən müharibəsi iştirakçısı Radif Mustafayev haqqında məlumat yerləşdirilib

Milli Azərbaycan Tarixi Muzeyinin “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqu işıq üzü görüb.

Muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarovun ümumi redaktorluğu ilə çap olunan kataloqda 269 zabit və əsgərin, tibb işçisinin 2783 materialı təqdim olunur. Kataloqun tərtibçiləri: Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, həmin fondun baş mütəxəssisi Pərvanə Əzimova, baş mütəxəssisi Mehriban Seyidzadə və mütəxəssisi Gülnar Fərhadovadır.

Qeyd edək ki, hal-hazırda Vətən müharibəsi fondunun materiallarının bir hissəsi - şəhid və qazilərimizə məxsus əşyalar, müharibənin gedişini, tarixi qələbəni, Böyük Qayıdışı əks etdirən fotoşəkillər və eksponatlar muzeyin ekspozisiyasının “Zəfər” zalında sərgilənir.

Kataloqda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Vətən müharibəsi iştirakçısı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev haqqında məlumatlar yerləşdirilib. Radif Mustafayev Cəbrayıl, Füzuli, Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. “Füzulinin, Cəbrayılın (2020), Laçının (2020) azad olunmasına görə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Kataloq Vətən müharibəsinin iştirakçılarının həyat və döyüş yolunu əks etdirən zəngin materialları ilə həm elmi-tədqiqat, həm də ictimai maarifləndirmə baxımından mühüm əhəmiyyət daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: