Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Tarixi-ricali-İran (İranın dövlət xadimləri) əsərində azərbaycanlı ictimai-siyasi xadimlər” kitabı işıq üzü görüb
06.01.2026 17:35
  • A-
  • A
  • A+

“Tarixi-ricali-İran (İranın dövlət xadimləri) əsərində azərbaycanlı ictimai-siyasi xadimlər” kitabı işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadənin fars dilindən tərcümə edərək nəşrə hazırladığı “Tarixi-ricali-İran (İranın dövlət xadimləri) əsərində azərbaycanlı ictimai-siyasi xadimlər” kitabı işıq üzü görüb. Kitabda yer alan geniş Ön sözün müəllifi və göstəricilərin tərtibçisi T.Həsənzadədir.

Kitabda bir sıra tarixi əsərlərin müəllifi, Qəzvinli alim Mehdi Bamdadın altı cildlik “Tarixi-ricali-İran” əsərində öz əksini tapmış, XVIII-XX əsrlərdə İranda yaşamış 766 görkəmli Azərbaycan türklərindən: diplomat, hərbçi, həkim və digər ictimai-siyasi xadimlərdən bəhs olunur. Kitab tarixçilər, ali məktəb tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, yeni nəşrin baş elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru və rəyçisi Milli Məclisin deputatı t.e.d., professor Anar İsgəndərov, kompüter icraçıları institut əməkdaşları Fatimə Qəhrəmanova, Səba Verdiyeva, Gülnar Gəncəliyeva və Pəri Məmmədovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: