Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

PLMO 2025 konfrans materialları “Springer” nəşriyyatında dərc edilib
15.01.2026 09:52
  • A-
  • A
  • A+

PLMO 2025 konfrans materialları “Springer” nəşriyyatında dərc edilib

13-15 may 2025-ci il tarixlərində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) keçirilən “Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri” üzrə 4-cü beynəlxalq konfransın (PLMO 2025) materialları “Springer” nəşriyyatında dərc edilib.

Geniş arealı əhatə edən konfransda Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri, həmçinin qabaqcıl xarici ölkələrin, o cümlədən Polşa, İtaliya, Gürcüstan, Almaniya, Ukrayna, Rumıniya, Litva, Bolqarıstan, Özbəkistan, Qazaxıstanın alim və tədqiqatçıları iştirak ediblər. Beynəlxalq konfransa təqdim edilmiş məruzələrdən 15-i yüksək rəy toplayaraq akademik Əli Abbasov, professor Aleksandr Sladkovski və t.ü.f.d. Tofiq Babayevin redaktorluğu ilə “Springer” nəşriyyatında (link.springer.com) birinci cilddə, digər 32 məqalə isə ikinci cilddə konfransın rəsmi veb saytında (plmo.cyber.az/2025) dərc edilib.

Sözügedən konfrans AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, Polşanın Sileziya Texnologiya Universiteti, Çinin Quançjou Universiteti, Gürcüstan Texniki Universiteti, Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universiteti və Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 5-ci beynəlxalq konfrans (PLMO 2026) 18-21 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək. Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

plmo.cyber.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: