Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Qeyri-üzvi kimyaya dair yeni dərslik nəşr olunub
16.01.2026 10:16
  • A-
  • A
  • A+

Qeyri-üzvi kimyaya dair yeni dərslik nəşr olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının protokoluna əsasən “Qeyri-üzvi kimya s- və p-elementlərinin kimyası” adlı dərslik nəşr olunub.

Kitabın müəllifləri kimya elmləri doktoru, professor Arif Heydərov və akademik Dilqəm Tağıyev, elmi redaktoru k.e.d., professor A.N. Məmmədov, rəyçiləri isə kimya elmləri doktoru k.e.d., R.H. İsmayılov və k.e.d., professor İ.U. Lətifovdur.

Dərslikdə s- və p-elementlərinin kimyası sistematik şəkildə işıqlandırılmışdır. Materialların ardıcıllığı D.İ. Mendeleyevin Dövri sistemində elementlərin qruplar üzrə düzülüşünə uyğun təqdim olunmuşdur. Qrupların nömrələnməsi Nəzəri və Tətbiqi Kimyanın Beynəlxalq İttifaqının (IUPAC) tövsiyə etdiyi dövri cədvəl əsasında aparılmışdır.

Nəşrdə qeyri-üzvi maddələrin, xüsusilə kompleks birləşmələrin xassələri kristallokimyəvi analiz əsasında izah edilir. Ayrı-ayrı elementlərin və onların birləşmələrinin alınma texnologiyalarına, eləcə də sənayedə tətbiq sahələrinə xüsusi diqqət yetirilmişdir. Dərslik sadə və anlaşılan dildə yazılmışdır. Kitabda çoxlu mürəkkəb qeyri-üzvi maddələrin formulları və illüstrativ şəkilləri yer almışdır.

392 səhifədən ibarət olan dərslik ali məktəblərin kimya fakültəsinin tələbə və müəllimləri üçün dəyərli tədris vəsaiti olmaqla yanaşı, aspirantlar, elmi işçilər və kimya ilə maraqlananlar üçün də faydalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: