Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Səyyarə İbadullayeva beynəlxalq nüfuzlu jurnala xarici redaktor seçilib
21.01.2026 11:45
  • A-
  • A
  • A+

Professor Səyyarə İbadullayeva beynəlxalq nüfuzlu jurnala xarici redaktor seçilib

ETN Botanika İnstitutunun PHŞ-in direktoru, professor Səyyarə İbadullayeva Web of Science və Scopus elmi bazalarında indekslənən Journal of Herbal Medicine nəşrinin xüsusi buraxılışına xarici redaktor (VSI – Guest Editor) təyin olunub.

Professor Səyyarə İbadullayeva “Təcili yardım üçün botaniki vasitələr” (Botanical remedies for emergency medicine) mövzusunda hazırlanacaq nəşrin redaktoru kimi fəaliyyət göstərəcək və yüksək elmi səviyyədə hazırlanmasını təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: