Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan aliminin həmmüəllifi olduğu məqalə nüfuzlu jurnalda çapdan çıxıb
21.01.2026 13:25
  • A-
  • A
  • A+

Azərbaycan aliminin həmmüəllifi olduğu məqalə nüfuzlu jurnalda çapdan çıxıb

Botanika İnstitutu Publik Hüquqi Şəxsin Mikologiya laboratoriyasının müdiri, professor Dilzarə Ağayevanın həmmüəllifi olduğu “Mapping the landscape of mycological organizations in europe: where citizen science meets professional mycology” (Avropada mikoloji təşkilatların mənzərəsinin xəritələşdirilməsi: vətəndaş elminin peşəkar mikologiya ilə qarşılaşması) adlı icmal tipli elmi məqalə Springer Nature qrupuna aid “Biodiversity and Conservation” jurnalında çap olunub.

Bu jurnalın 2024/2025-ci illər üçün WoS və Scopus bazaları üzrə təsir göstəricisi (impact factor) 3.1  olub,  Q1 kvartilə daxildir.

Məqalə ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: