Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.01.2026 16:50
  • A-
  • A
  • A+

Gənc tədqiqatçının məqaləsi Pakistan mediasında geniş işıqlandırılıb

Gənc tədqiqatçının məqaləsi Pakistan mediasında geniş işıqlandırılıb

Gənc tədqiqatçı Fərid Mustafayevin Azərbaycanın qan yaddaşı olan 20 Yanvar faciəsinə həsr edilən və Ümummilli Lider Heydər Əliyevin tarixi-siyasi mövqeyini əhatə edən “20 Yanvar – Heydər Əliyevin siyasi imzası” adlı məqaləsi Pakistan mediasında böyük maraqla qarşılanıb.

Məqalə Pakistanın 14 aparıcı media platformasında dərc olunaraq beynəlxalq informasiya məkanında Azərbaycanın haqq səsinin yayılmasına mühüm töhfə verib. Nüfuzlu xəbər portalları və analitik resurslar məqaləyə geniş yer ayıraraq 20 Yanvar hadisələrinə beynəlxalq ictimaiyyətin diqqətini yönəldiblər.

Yazıda Heydər Əliyevin 1990-cı ilin Qanlı Yanvar hadisələrinə verdiyi qətiyyətli siyasi qiymət, sovet totalitar rejiminə qarşı açıq mövqeyi və bu faciənin Azərbaycan xalqının müstəqillik yolunda dönüş nöqtəsinə çevrilməsində oynadığı həlledici rol analitik və tarixi baxımdan təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: