Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hacıqabul rayonunun ərazisində palçıq vulkanının püskürməsi qeydə alınıb
30.01.2026 18:45
  • A-
  • A
  • A+

Hacıqabul rayonunun ərazisində palçıq vulkanının püskürməsi qeydə alınıb

30 yanvar 2026-cı il tarixində yerli vaxtla saat 16:53-də Hacıqabul rayonunda  palçıq vulkanının püskürməsi qeydə alınıb.

Palçıq vulkanının püskürməsi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM)  vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb. RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub.  Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji 3.38×10^6 coul olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: