Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

02.02.2026 10:46
  • A-
  • A
  • A+

Kimya İnstitutunun əməkdaşları "DNV Energy Systems Germany GmbH" şirkətinin nümayəndəsi ilə görüş keçirib

Kimya İnstitutunun əməkdaşları "DNV Energy Systems Germany GmbH" şirkətinin nümayəndəsi ilə görüş keçirib

ETN Kimya İnstitutunda “Azərbaycan Milli Hidrogen Strategiyasının və onun tətbiqi planının hazırlanması” layihəsi çərçivəsində "DNV Energy Systems Germany GmbH" şirkətinin nümayəndəsi ilə görüş keçirilib.

"Azərbaycan Milli Hidrogen Strategiyasının və onun tətbiqi planının hazırlanması" layihəsinin 1-ci mərhələsi çərçivəsində Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) texniki dəstəyi ilə cəlb edilmiş məsləhətçi şirkət tərəfindən hazırlanaraq COP 29 konfransı zamanı təqdim edilib.

Bu layihənin 2-ci mərhələsinin icrasına başlanması məqsədilə AYİB tərəfindən keçirilmiş müsabiqənin qalibi "DNV Energy Systems Germany GmbH" şirkətinin nümayəndəsi İlka Levinqton, AR Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələrinin Dövlət Agentliyi “Hidrogen və Yaşıl Texnologiyalar” şöbəsinin müdiri Fuad Muştaqov və Kimya İnstitutunun “Nanoelektrokimya və Hidrogen enerjisi” laboratoriyasının müdiri professor Akif Əliyev, dosent Leyla Məşədiyeva və Vüsalə Məcidzadə arasında görüş keçirilib.

Görüşdə Azərbaycanda Yaşıl enerjiyə keçidin mövcud vəziyyəti haqqında diskussiya və qiymətləndirilmə aparılıb. Problemin çatışmayan tərəflərinə dəstək məqsədilə Qərbi-Avropa ölkələrinin bu sahədə çalışan mütəxəssisləri ilə birgə işlərin qurulmasının vacibliyi vurğulanıb. Qonaqlar professor Akif Əliyevə bu sahədə laboratoriyaya bacardıqları qədər dəstək göstərməyə çalışacaqlarını bildiriblər.

Sonda qonaqlar Kimya İnstitutunun “Nanoelektrokimya və Hidrogen enerjisi” laboratoriyası ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: