AR ETN Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının əməkdaşlarının “Artificial intelligence in polymer chemistry: opportunities and challenges” adlı məqaləsi Scopus və Web of Science bazalarında indeksləşən, Springer nəşriyyatı tərəfindən çap olunan Chemical Papers jurnalında (İF- 2,5; kvartil – Q2) nəşr edilib.
Məqalə süni intellekt texnologiyalarının polimer kimyasında tətbiq imkanlarını və qarşıda duran əsas problemləri təhlil edərək, AI-nin polimerlərin dizaynı, sintezi, xassələrinin proqnozlaşdırılması və yeni növ materialların sürətli kəşfində oynadığı transformativ rolu araşdırır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.