Aprelin 12-də AMEA Təcrübə-Sənaye Zavodunda Belarus Respublikasının “ЛЛК – Нафтан” şirkətinin rəhbər işçiləri ilə işgüzar görüş keçirilib.
Görüşdə AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, “ЛЛК – Нафтан” şirkətinin baş direktoru Mixail Babuşkin, şirkətin direktor müavini Vladimir Çirvonnıy, Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasov və zavodun aparıcı mütəxəssisləri iştirak ediblər.
Belarusiyalı qonaqlar əvvəlcə Təcrübə-Sənaye zavodunun istehsal sahələri, məhsulların istehsal və qablaşdırma prosesi ilə tanış olublar. Onlara zavodun infrastrukturu, istehsal edilən məhsullar barədə ətraflı məlumat verilib.
Görüşdə “ЛЛК – Нафтан” şirkəti tərəfindən istehsal edilən və Təcrübə-Sənaye Zavodunun istehsal prosesində istifadə edilə biləcək müxtəlif növ aşqarların müzakirəsi aparılıb.
İşgüzar şəraitdə davam edən görüş iki müəssisə arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin imzalanması ilə başa çatıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.