Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

03.02.2026 13:30
  • A-
  • A
  • A+

AMEA əməkdaşının məqaləsi nəşr olunub

AMEA əməkdaşının məqaləsi nəşr olunub

22-23 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə Bakı şəhərində “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpoziumun məqalələr toplusu çap olunub.

Kitabda beynəlxalq simpoziumun mövzularını əhatə edən 33 məqalə mövcuddur.

Sözügedən topluda simpozium çərçivəsində eyniadlı məruzə ilə Ankara Yıldırım Beyazit Universiteti İlahiyyat fakültəsinin professoru Murat Demirkolun moderatorluq etdiyi “Din təhsili: tarix, ənənə və müasirlik” adlı paneldə “Azərbaycanda dövlət-din münasibətlərində və milli özünüdərk məsələlərində Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda məruzə ilə çıxış edən AMEA Rəyasət Heyəti Aparatının Humanitar Elmlər Bölməsinin əməkdaşı gənc tədqiqatçı-alim Zeynəb Həcəmovanın məqaləsində Azərbaycanda dövlət-din münasibətlərinin və milli özünüdərk məsələlərinin tənzimlənməsində Heydər Əliyev fenomeni, dini inancların milli özünüdərk xüsusiyyətinə təsiri və qarşılıqlı əlaqələr sistemi, insanın milli özünüdərk xüsusiyyətində dinin rolu (sosial-psixoloji, sosial-fəlsəfi və sosioloji aspektdən təhlil), dövlət-din münasibətlərinin tənzimlənməsində dini substansiya anlayışının əhəmiyyəti, dövlət quruculuğunda dini etiqad məsələlərinə münasibət, müasir çağırışlar və cəmiyyətin milli-mənəvi inkişafının ictimai prioritetləri istiqamətində apardığı tədqiqatın nəticələri, habelə müvafiq təklif və tövsiyələr təqdim olunur.

Nəşr olunan materiallar akademik mühit, təhsil mütəxəssisləri, siyasətçilər, din xadimləri və cəmiyyətin maariflənlənməsində maraqlı olan bütün tərəflər üçün faydalı və dərin məzmunlu mənbədir.

Məqalə ilə buradan tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: