Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.02.2026 15:28
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda BƏƏ-nin ASAI Global MMC şirkəti ilə aqrar əməkdaşlıq müzakirə olunub

Coğrafiya İnstitutunda BƏƏ-nin ASAI Global MMC şirkəti ilə aqrar əməkdaşlıq müzakirə olunub

Birləşmiş Ərəb Əmirliklərinin ASAI Global MMC şirkətinin əməkdaşları AR ETN Coğrafiya İnstitutunda olublar.

Görüş zamanı institutun “Torpaq ekologiyası” laboratoriyasının əməkdaşları ilə birgə Azərbaycan torpaqları, onların aqroekoloji vəziyyəti və istifadə xüsusiyyətləri ətrafında müzakirələr aparılıb.

Görüşün əsas məqsədi ASAI Global MMC tərəfindən gələcəkdə Azərbaycanda aqrar sahəyə investisiya qoyulması və həyata keçirilməsi planlaşdırılan pambıq becərilməsi layihəsinin ilkin müzakirəsi olub.

Sonda ASAI Global MMC-nin nümayəndələri ölkəmizdə icra olunacaq aqrar layihələr çərçivəsində Coğrafiya İnstitutu ilə birgə əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: