Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.02.2026 16:28
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun əməkdaşı Gənclər Gününə həsr olunmuş tədbirdə məruzə edib

Dilçilik İnstitutunun əməkdaşı Gənclər Gününə həsr olunmuş tədbirdə məruzə edib

Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Azərbaycan gəncliyi milli maraqların ideoloji təminatı, strateji gücüdür!” adlı tədbir keçirilib.

Tədbrin əvvəlində Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, YAP fəalları, qazilər, ziyalılar və ictimaiyət nümayəndələri iştirak etdilər.

İclası açıq elan edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan gəncliyinin müasir dövrdə ölkəmizin ictimai-siyasi həyatındakı rolundan söz açdı. Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarxa baxış keçirildi.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi Arzu İsgəndərzadə məruzə ilə çıxış edərək bildirib ki, müasir gənc alimlər təkcə elmi nailiyyətləri ilə deyil, eyni zamanda ideoloji düşüncə tərzi, milli maraqlara əsaslanan mövqeyi və azərbaycançılıq ideologiyasına sadiqliyi ilə seçilməlidirlər. Arzu İsgəndərzadə qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan məqsədyönlü dövlət siyasəti nəticəsində gənclərin elmi fəaliyyəti, intellektual potensialı və ictimai fəallığı daim dəstəklənir, onların milli-mənəvi dəyərlərə bağlı, müasir çağırışlara cavab verən kadrlar kimi formalaşmasına geniş imkanlar yaradılır.

Tədbirin sonunda Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup gənc, həmçinin AMEA Gənclər Akademiyasının Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin böyük elmi işçisi Arzu İsgəndərzadə Yasamal Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman” ı ilə təltif edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: