Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Belarus Dövlət Universiteti ilə Coğrafiya İnstitutu arasında memorandum imzalanıb
04.02.2026 15:57
  • A-
  • A
  • A+

Belarus Dövlət Universiteti ilə Coğrafiya İnstitutu arasında memorandum imzalanıb

Fevralın 4-də Belarus Dövlət Universiteti (Minsk, Belarus Respublikası) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  Coğrafiya İnstitutu arasında elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandum imzalanıb.

Memorandumu Belarus Dövlət Universitetinin elmi işlər üzrə prorektoru kimya elmləri doktoru, professor Andrey Viktoroviç Bloxin və Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən coğrafiya elmləri doktoru, dosent Zaur İmrani imzalayıblar.

Memoranduma əsasən, tərəflər elmi tədqiqatların əsas istiqamətləri üzrə əməkdaşlar üçün elmi ixtisasartırmanın təşkili, birgə elmi-tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi,  seminarların, elmi konfransların və simpoziumların təşkili və keçirilməsi, eləcə də monoqrafiyalar, elmi məqalələr və məcmuələr daxil olmaqla  elmi nəşrlərin çapı istiqamətində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, müqavilənin icrası prosesində tərəflər tərəfindən razılaşdırılmış digər qarşılıqlı fəaliyyət formalarının həyata keçirilməsi də nəzərdə tutulur ki, bu da iki qurum arasında elmi potensialın səmərəliyinin artırılmasına, qabaqcıl tədqiqatların aparılmasına və beynəlxalq elmi əməkdaşlığın uzunmüddətli perspektivdə davamlı inkişafına mühüm töhfə verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: