Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova “Elm TV”nin “Dilimiz kimliyimizdir” rubrikasının qonağı olub.
Rubrika çərçivəsində ölkə Prezidentinin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı qarşıya qoyduğu tələblərin həyata keçirilməsi, həmçinin terminlərin uyğunlaşmasının nəzəri prinsiplərindən danışılıb.