Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Rəyasət Heyəti aparatının əməkdaşı Dövlət İmtahan Mərkəzinin Fəxri fərmanı ilə təltif olunub
05.02.2026 12:55
  • A-
  • A
  • A+

AMEA-nın Rəyasət Heyəti aparatının əməkdaşı Dövlət İmtahan Mərkəzinin Fəxri fərmanı ilə təltif olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda fəaliyyəti yüksək qiymətləndirilən əməkdaşların mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Mərkəzin fəaliyyətində ictimai iştirakçılıq prinsiplərinin tətbiqinin vacibliyini vurğulayıb və müxtəlif qurumların, elm və təhsil müəssisələrinin, o cümlədən AMEA-nın əməkdaşlarının bu prosesdə fəal iştirakının əhəmiyyəti barədə danışıb. O, imtahanların təşkili və idarə olunmasında əməkdaşların rolundan, gördükləri işin məsuliyyətindən bəhs edib və bu işin uğurla həyata keçirilməsində öz köməyini əsirgəməyən şəxslərə Dövlət İmtahan Mərkəzinin kollektivi adından təşəkkür edib.

Daha sonra nümunəvi fəaliyyətinə görə bir qrup əməkdaş Dövlət İmtahan Mərkəzinin Fəxri fərmanı ilə təltif edilib.

İmtahanların keçirilməsində xüsusi fəaliyyəti ilə fərqlənən AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi Aygün Mirzəyeva da Dövlət İmtahan Mərkəzinin Fəxri fərmanı ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: