Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.02.2026 12:42
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun alimi beynəlxalq konfransda məruzə ilə çıxış edib

Coğrafiya İnstitutunun alimi beynəlxalq konfransda məruzə ilə çıxış edib

AR ETN Coğrafiya İnstitutunun “Turizm və rekreasiya coğrafiyası” laboratoriyasının elmi işçisi c.ü.f.d. Turanə Hüseynova Milli Aviasiya Akademiyasının (MAA) təşkil etdiyi “Fevral məruzələri 2026: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” XI Beynəlxalq elmi-praktiki gənclər konfransında iştirak edib.

Gənc alim və tədqiqatçıların bir araya gəlməsi, yeni elmi ideya və təcrübələrin paylaşılması, eyni zamanda elmi nəticələrin təqdimatının həyata keçirilməsi nəzərdə tutulan “İqlim dəyişmələri və aviasiya meteorologiyasının problemləri” plenar iclasında c.ü.f.d. Turanə Hüseynova “Qəbələ rayonunda təbii-iqlim amilinin turizm sektoruna təsiri” mövzusunda məruzə edib. Məruzədə Qəbələ inzibati rayonunda təbii-iqlim amilləri kontekstində buzlaqların və daimi qar örtüyünün azalmasının turizm fəaliyyətinə təsirinin qiymətləndirilməsi, mövcud risklərin müəyyənləşdirilməsi və turizmin iqlim dəyişmələrinə adaptasiya imkanlarının təhlil edilməsi barədə geniş məlumat verib.

MAA-nın “Aviasiya meteorologiyası” kafedrasının müdiri t.e.d., prof. Nazim Hüseynov, Kafedranın professoru c.e.d. Rza Mahmudov və baş müəllimi c.ü.f.d. Camal Hüseynovun rəhbərliyi ilə təşkil olunmuş konfransda məruzələr dinlənilib, elmi diskussiya aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: