Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Özbəkistanlı  professor Ədəbiyyat İnstitutunun qonağı olub
09.02.2026 18:04
  • A-
  • A
  • A+

Özbəkistanlı professor Ədəbiyyat İnstitutunun qonağı olub

Özbəkistanın Əndican Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Bahadır Rəhman Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olub.

Görüşdə institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli, institutun baş elmi işçisi, özbəkşünas alim Yaşar Qasımbəyli, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədli iştirak ediblər.

İnstitutun direktor müavini, fil.e.d. Mehman Həsənli Azərbaycan-Özbəkistan əlaqələrinin zəngin tarixə malik olduğunu və müasir dövrdə bu əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. O, Ədəbiyyat İnstitutunda Türk dünyasının fəxri olan Əlişir Nəvaidən başlayaraq müasir dövrə qədər özbək ədəbiyyatının öyrənildiyini, bu barədə çoxsaylı kitab və məqalələrin yazıldığını, hər il konfrans və elmi sessiyaların keçirildiyini bildirib.

Filologiya elmləri doktoru, özbək ədəbiyyatının tanınmış tədqiqatçısı Yaşar Qasımbəyli Əndican Universiteti ilə Ədəbiyyat İnstitutunun birgə tədbirlər keçirməsinin, ortaq layihələr icra etməsinin faydalı olcağından danışıb.

Görüşdə çıxış edən Əndican Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Bahadır Rəhman Ədəbiyyat İnstitutu ilə Əndican Universitetinin yerinə yetirə biləcəyi ortaq tədqiqatlarla bağlı fikir və düşüncələrini bölüşüb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: