Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Xidmət rəisi: AMEA tərəfindən 681 abidəyə müvafiq rəy verilib
11.02.2026 14:56
  • A-
  • A
  • A+

Xidmət rəisi: AMEA tərəfindən 681 abidəyə müvafiq rəy verilib

2025-ci ildə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 760 tarix-memarlıq əhəmiyyətli obyektlə bağlı məlumatın müzakirəsi həyata keçirilib.

Bu fikirləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva fevralın 11-də nazirliyin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş kollegiya iclasında deyib.

Onun sözlərinə görə, Dövlət Xidmətinin təqdimatı əsasında AMEA tərəfindən 681 abidəyə müvafiq rəy verilib.

Qeyd olunub ki, il ərzində Dövlət Xidmətinin tabeliyindəki tarix-mədəniyyət qoruqlarını ümumilikdə 333 441 nəfər ziyarət edib. Onlardan 172 283 nəfəri əcnəbi ziyarətçidir.

S.Hacıyeva Dövlət Xidməti tərəfindən il ərzində görülmüş işlər haqqında ətraflı məlumat verib. Qurumun birillik fəaliyyətini geniş şəkildə əks etdirən infoqrafika nümayiş etdirilib.

AzərTac

  • Paylaş: