Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.02.2026 11:14
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşı Gürcüstanda keçirilən tədbirdə iştirak edib

Coğrafiya İnstitutunun əməkdaşı Gürcüstanda keçirilən tədbirdə iştirak edib

Gürcüstan Respublikasının Tbilisi şəhərində “Transsərhəd Su Əməkdaşlığı və Sülhyaratma” mövzusunda seminar keçirilib.

Tədbir “UN Women Georgia” tərəfindən “Women in Water Diplomacy Network” çərçivəsində təşkil olunub. Seminarda regionun elmi və peşəkar təşkilatlarını təmsil edən müxtəlif ölkələrdən ekspertlər iştirak ediblər. Tədbir Böyük Britaniyanın “Foreign, Commonwealth & Development Office” tərəfindən maliyyələşdirilib.

Seminarda ETN Coğrafiya İnstitutunun Geoməkan Analitikası və Kartoqrafiya laboratoriyasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Natavan Cəfərova iştirak edib. Görüş zamanı iştirakçılar, transsərhəd su ehtiyatlarının idarə olunmasında sülhyaratma mexanizmi kimi genderə həssas regional əməkdaşlığın formalaşdırılması istiqamətində ortaq bir baxışın inkişaf etdirilməsi üzrə müzakirələr aparıb. Xüsusilə, genderə həssas münaqişə təhlilinin nəticələrinə və beynəlxalq su diplomatiyası prinsiplərinə əsaslanan konkret təşəbbüslərin hazırlanmasına diqqət yetirilib.

Görüşün yekununda transsərhəd su idarəçiliyi sahəsində birgə elmi təşəbbüslər, məlumat mübadiləsi və layihə təkliflərinin hazırlanması daxil olmaqla, gələcək regional əməkdaşlıq perspektivləri müzakirə olunub. Seminarda iştirak, Coğrafiya İnstitutunun elmi potensialının beynəlxalq səviyyədə bir daha tanındığını təsdiqləmiş və institutun Cənubi Qafqaz regionunda davamlı inkişaf və su diplomatiyası sahəsində fəaliyyət imkanlarını genişləndirdiyini göstərmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: