Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan – Yaponiya ədəbi əlaqələrinə həsr olunmuş yeni fundamental monoqrafiya nəşr olunub
17.02.2026 10:39
  • A-
  • A
  • A+

Azərbaycan – Yaponiya ədəbi əlaqələrinə həsr olunmuş yeni fundamental monoqrafiya nəşr olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə çapa tövsiyə edilmiş “Azərbaycan – Yaponiya əlaqələri: ədəbi körpülər, mədəni dialoqlar” adlı monoqrafiya işıq üzü görüb.

Monoqrafiyanın müəllifi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan – Asiya ədəbi əlaqələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Yunusovadır.

Kitabda Azərbaycan – Yaponiya ədəbi əlaqələrinin formalaşma mərhələləri, tarixi inkişaf dinamikası və çağdaş vəziyyəti kompleks elmi yanaşma əsasında araşdırılır. Azərbaycan və Yaponiya kimi fərqli mədəniyyətə mənsub xalqlar arasında yaranmış ədəbi, mədəni və ideya əlaqələri əhatəli şəkildə öyrənilir. Tədqiqatda bədii tərcümənin rolu, Azərbaycan ədəbiyyatında Yaponiya mövzusunun təşəkkülü, yapon şeirinin təsiri, eləcə də publisistika, poeziya, memuar və səfərnamələrdə Yaponiya obrazının təqdimatı elmi-nəzəri baxımdan ümumiləşdirilir.

“Azərbaycan – Yaponiya əlaqələri: ədəbi körpülər, mədəni dialoqlar” kitabı Azərbaycan ilə Yaponiya arasında ədəbi və mədəni münasibətləri kompleks elmi yanaşma əsasında sistemli şəkildə araşdıran ilk fundamental tədqiqatlardan biridir.

Nəşrin elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlidir. Rəyçilər – Türkiyəli alim, professor Ali Merthan Dündar və filologiya elmləri doktoru, dosent Bəsirə Əzizəliyevadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: