Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.02.2026 16:48
  • A-
  • A
  • A+

MEK-in direktoru Amerika Riyaziyyat Olimpiadasının mükafatlandırma mərasimində iştirak edib

MEK-in direktoru Amerika Riyaziyyat Olimpiadasının mükafatlandırma mərasimində iştirak edib

Bakı Avropa Liseyində “SASMO Azərbaycan” olimpiada mərkəzi tərəfindən keçirilən Amerika Riyaziyyat Olimpiadasının (AMO) 2025 qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Sinqapur və Asiya Məktəbləri Riyaziyyat Olimpiadasının (SASMO) prezidenti Henry Ong tədbirin qonağı olub.

Mükafatlandırma mərasimində MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov iştirak edib. H.Hüseynov bir qrup şagirdə medal və sertifikatlar təqdim edib. Bütün qalibləri təbrik edən alim, onlara daha böyük nailiyyətlər arzulayıb.

Qeyd edək ki, dünyanın ən nüfuzlu və beynəlxalq arenada geniş yayılmış olimpiadalarından olan AMO olimpiadası hər il Sinqapurla yanaşı, dünyanın 50-dən çox ölkəsində 100 min şagirdin iştirakı ilə  keçirilir. Riyazi və məntiqi suallardan ibarət olan bu olimpiada şagirdlərin riyaziyyata olan marağını, yaradıcılığını və məntiqi düşüncə tərzini daha da inkişaf etdirmək üçün möhkəm bir platforma rolunu oynayır. AMO olimpiadasının keçirilməsində məqsəd şagirdlərin yalnız riyazi biliklərini ölçmək deyil, eyni zamanda onlara özlərini kəşf etmək, mübarizə aparmaq və beynəlxalq səviyyədə uğur qazanma əzmini aşılamaq imkanı yaratmaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: