Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Kimya İnstitutunun Elmi şurasının qərarı ilə «Электронный магнитный резонанс и динамическое рассеяние света в жидкофазных металлокомплексных каталитических системах» (Maye fazalı metalkompleks katalitik sistemlərdə elektron maqnit rezonansı və işığın dinamik səpilməsi) adlı kitab işıq üzü görüb.
Kitabın müəllifləri Kimya İnstitutu PHŞ-nin Molekulyar maqnetiklər və keçiricilər laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəsəfə doktoru Sevinc Osmanova və “Fiziki-kimyəvi analiz mərkəzi”nin rəhbəri, kimya elmləri doktoru, professor Etibar İsmayılov, elmi redaktoru AMEA-nın müxbir üzvü M.Babanlı, rəyçiləri isə k.e.d., professor İ.Bəxtiyarlı və k.e.d., professor A. Əliyevdir.
Kitab maye fazada metal-kompleks katalitik sistemlərin tədqiqində elektron maqnit rezonansı (EMR) və işığın dinamik səpilməsi (İDS) metodlarının tətbiqinə həsr olunmuş fundamental elmi tədqiqat əsəridir, kitabda para-, superpara/ferromaqnit xassəli nikel (Ni) və kobalt (Co) əsaslı katalitik sistemlərin quruluş–elektron xüsusiyyətləri və onların kiçik kütləli olefinlərlə qarşılıqlı təsir mexanizmləri araşdırılır. Bununla yanaşı, kitabda metallokomplekslərin iştirakı ilə maye fazada gedən katalitik reaksiyaların termodinamika və kinetikası, həmçinin bu sistemlərin tədqiqində in-situ/operando rejimində istifadə olunan eksperimental texnika və üsullar qeyd olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.