Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.02.2026 15:40
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Ağabəy Sultanovun 90 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Ağabəy Sultanovun 90 yaşı tamam olur

2026-cı il fevralın 22-də tibb sahəsində tanınmış alim və  ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Ağabəy Həşimbəy oğlu Sultanovun anadan olmasının 90 ili tamam olur.

Ağabəy Sultanov 1936-cı  ildə  Bakı  şəhərində  anadan  olmuşdur. 1960-ci  ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini  bitirmiş    1  saylı Respublika Psixiatriya xəstəxanasında həkim-psixiatr kimi fəaliyyətə başlamışdır. 1962-ci ildə Azərbaycan Tibb İnstitutunun  Psixiatriya  kafedrasında kliniki ordinaturanı bitirdikdən  sonra Rusiyanın  Elmi-Tədqiqat  Psixiatriya  İnstitutunda  aspiranturaya  daxil  olmuş, 1967-ci  ildə namizədlik  dissertasiyası  müdafiə  etmişdir.  1973-cü  ildə Rusiyanın  Məhkəmə    Sosial Psixiatriya  Mərkəzinin  doktoranturasını  bitirərək, Moskvada  doktorluq  dissertasiyasını müdafiə  etmişdir.  2007-ci  ildə  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  müxbir  üzvü seçilmişdir.

Ağabəy  Sultanov  Azərbaycan  Dövlət Tibb İnstitutunun (hazırda ATU) Psixiatriya  kafedrasında  assistent  (1968-1970),  dosent  (1970-1973),  professor  (1973-1990), 1990-cı ildən ömrünün sonuna kimi həmin kafedranın müdiri vəzifələrində çalışmışdır.

Ağabəy Sultanovun elmi fəaliyyəti, fundamental və  tətbiqi tədqiqatları tibbin mürəkkəb sahəsi  sayılan  psixiatriya  elminə  həsr  olunmuşdur.  O,  psixoloji  xəstəliklərin,  əsasən şizofreniyalı  xəstələrin  instinkt  aləmindəki  pozuntuları, onların seksual  motivli  cinayətləri  və sosial psixiatriyanın əsas məsələlərinin (intihar, aqressiv hərəkətlər, stres, evtanaziya) tədqiqi ilə  məşğul  olmuşdur. AMEA-nın müxbir üzvü A.Sultanov Azərbaycan psixiatriya  elmində sosial psixiatriya elmi məktəbinin banilərindəndir. Onun elmi rəhbərliyi və  məsləhətçiliyi ilə 9 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə olunmuşdur.

Alim 201 elmi  əsərin müəllifidir, onlardan 50-yə  qədəri  xarici ölkələrin nəşrlərində  çap olunmuşdur.  A.Sultanov  dünyanın  bir  çox  ölkələrində  (Fransa,  İtaliya,  Almaniya,  Belçika, Yaponiya, Misir, Avstriya, Yunanıstan və  s.) keçirilən konqres, simpozium  konfranslarda iştirak etmişdir.

Ağabəy  Sultanov  geniş  ictimai  fəaliyyətlə  məşğul  olmuş,  Respublikanın  Baş  psixiatrı, Ümümdünya Psixiatrlar Federasiyasının, Rusiya Tibb Elmləri Akademiyasının psixi sağlamlıq üzrə Rəyasət Heyətinin, Rusiyanın intihara qarşı Problem komissiyasının, Psixiatriya və nevrologiya üzrə  İxtisaslaşdırılmış  Problem komissiyasının, UNESCO-nun Bioetika, elm  və texnologiyaların  etikası  üzrə Azərbaycan Milli Komitəsinin üzvü,  Azərbaycan  Tibb Universitetində  psixiatriya, nevrologiya,  otolarinqologiya   stomatologiya  üzrə Müdafiə şurasının sədri, Azərbaycan Tibb  Jurnalının  redaksiya  heyətinin  üzvü  kimi  fəaliyyət göstərmişdir.

Ağabəy Sultanov iki dəfə  beynəlxalq “Bakılı” Cəmiyyətinin “Humay” mükafatının (2001, 2003), Akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı olmuş, Əməkdar elm xadimi fəxri  adına, 2002-ci  ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Fəxri Fərmanına layiq görülmüş, 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Ağabəy Həşimbəy oğlu Sultanovun əziz xatirəsi onu tanıyanların yaddaşından heç zaman silinməyəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: