AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Vikipediya” qrupu yaradılıb.
Məqsəd Azərbaycan dili və dilçilik bölmələrini zənginləşdirməkdir.
Yaradılmış “Vikipediya” qrupunun fəaliyyətinə Süni intellekt və kompüter dilçiliyi şöbəsinin müdiri professor Məsud Mahmudov rəhbərlik edir.
Məsud Mahmudov “Vikipedia”da Azərbaycan dilinin qorunmasında institut əməkdaşlarının rolu və bu sahədə görüləcək işlər barədə məlumat verib.
İclasda dilçiliyə aid müxtəlif məzmunda hazırlanmış məqalələrin www.wikipedia.org saytına yerləşdirilməsi qərara alınmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.