Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İnklüziv sosial inkişaf” kollektiv monoqrafiyası çap edilib
24.02.2026 10:59
  • A-
  • A
  • A+

“İnklüziv sosial inkişaf” kollektiv monoqrafiyası çap edilib

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin əməkdaşlarının, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayevanın elmi rəhbərliyi ilə “İnklüziv sosial inkişaf” adlı kollektiv monoqrafiyası nəşr olunub.

İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı əsasında çap edilən kitabın elmi redaktoru professor Rəsmiyyə Abdullayeva, rəyçiləri iqtisad elmləri doktorları Allahyar Muradov, Yaşar Məmmədov və dosent Pərviz Həsənovdur.

Monoqrafiyada inklüziv sosial inkişafın nəzəri əsasları, səhiyyə, sosial müdafiə, sosial sığorta, sosial yardım, pensiya sistemləri, gəlirlərin yenidən bölgüsü, həyat keyfiyyəti problemləri tədqiq olunmuşdur. Azərbaycanda inklüziv sosial inkişafın mövcud vəziyyəti qiymətləndirilərək onun gücləndirilməsi istiqamətləri göstərilmişdir.

Kitab elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: