Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Q2 reytinqli beynəlxalq jurnalda çapdan çıxıb
24.02.2026 12:24
  • A-
  • A
  • A+

Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Q2 reytinqli beynəlxalq jurnalda çapdan çıxıb

ETN Kimya İnstitutunun “Nanoelektrokimya və Hidrogen enerjisi” laboratoriyasının müdiri professor Akif Əliyev və əməkdaşları Vüsalə Məcidzadə və Nəzakət Əliyeva Məmmədovanın digər həmkarlarla birlikdə “Web of Science” və “Scopus” beynəlxalq indeksləşmə bazalarına daxil olan Q2 kateqoriyalı “Journal of Electrochemical Science and Engineering” jurnalında “Study of the electroreduction process of indium ions from aqueous electrolyte” adlı məqaləsi dərc olunub.

Məqalə sulu turş elektrolitdən indium ionlarının elektroreduksiya prosesinin kinetika və mexanizminin tədqiqinə həsr edilmişdir. Polyarizasiya əyrilərinin çəkilməsi ilə Platin (-0.3 ÷ -1.5 V), nikel (-0.8 ÷ -1.5 V) və Pt/In (-0.63 ÷ -1.5 V) elektrodlarında indium ionlarının elektroreduksiya potensial oblastı müəyyən edilmişdir. Prosesə temperaturun, indium ionlarının qatılığının, potensialın dəyişmə sürəti və disk elektrodunun fırlanma sürəti də daxil olmaqla bir neçə amilin təsiri araşdırılmışdır. Müəyyən edilmişdir ki, həm temperaturun, həm də elektrolitdə indium ionlarının qatılığının artırılması reduksiya prosesini sürətləndirir. Proses əsasən indium ionlarının katod səthinə diffuziyası ilə idarə olunur. Bundan əlavə, fırlanan platin disk elektrodu istifadə edərək polyarizasiya əyriləri əldə edilmişdir. Müxtəlif potensiallarda cərəyan sıxlığının elektrodun fırlanma sürətindən asılılığı göstərmişdir ki, sulu elektrolitdə indium ionlarının elektroreduksiya prosesi diffuziya polyarizasiyası ilə müşayiət olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: