AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, multikulturalizm və azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın Çinin Scopus bazasında indekisləşən impakt faktorlu Gongcheng Kexue Xuebao (Volume 11, No.02, 2026 || ISSN 2095-9389. https://kexuexuebao.org/volume-11-issue-2-2026/) jurnalında “Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin siyasi irsində milli mənəvi və estetik dəyərlər konsepsiyası” (“The concept of National Moral and Esthetic values in the political heritage of the great leader of the Azerbijan people, Heydar Aliyev” məqaləsi işıq üzü görüb.
Müəllif geniş həcmli məqaləsində Ümummilli Lider Heydər Əliyevin uzun onillikləri əhatə edən qüdrətli Dövlət quruculuğu fəaliyyətində xalq və dövlət prinsipindən çıxış edərək milli mənəvi və estetik dəyərləri identik miras məzmun və mahiyyətində sistem halında qoruyub inkişaf etdirməsi, onu güclü psixoloji, fəlsəfi-etik mənbə olaraq siyasi idarəçilik strategiyasına tətbiq etməsi faktorlarını dolğun faktlarla əsaslandırmışdır.
Scopus impakt faktorlu Gongcheng Kexue Xuebao jurnalı fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin siyasi irsində milli mənəvi və estetik dəyərlər konsepsiyası” məqaləsini aktuallığı və əhəmiyyətinə görə qiymətləndirərək ona redaksiyanın sertifikatı ilə təltif etmişdir.
Qeyd edək ki, sözügedən məqalə fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın cari ildə Scopus bazasında indekisləşən impakt faktorlu jurnallarda çap olunan 3-cü məqaləsidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.