Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan təhsil tarixinə dair oçerklər” kitabı üç cilddə nəşr edilib
25.02.2026 16:18
  • A-
  • A
  • A+

“Azərbaycan təhsil tarixinə dair oçerklər” kitabı üç cilddə nəşr edilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin və ADPU-nun Şəki filialının birgə əməkdaşlığı nəticəsində tərtib olunan “Azərbaycan təhsil tarixinə dair oçerklər” adlı 3 cildlik kitab oxucuların ixtiyarına verilib.

Nəşrdə çoxəsrlik dövrdə Azərbaycan təhsili və pedaqoji ideyaların meydana gəlməsi, inkişaf mərhələləri elmi cəhətdən araşdırılıb.

Kitabın tərtibçiləri pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov, tarix üzrə fəlsəfə doktorları Rahim Həsənov və Vüsal Baxışov, həmçinin ADPU-nun Şəki filialının baş müəllimi Həbibullah Manaflıdır. Elmi redaktor fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü, elmi məsləhətçi filologiya elmləri doktoru, dosent Kamil Adışirinovdur. Rəyçilər tarix elmləri doktoru, professor Anar İskəndərov və tarix üzrə fəlsəfə doktoru, dosent Vurğun Məmmədovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: