Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İpəkçiliyin inkişafı və perspektivləri” kitabı çapdan çıxıb
26.02.2026 17:23
  • A-
  • A
  • A+

“İpəkçiliyin inkişafı və perspektivləri” kitabı çapdan çıxıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri, bio.ü.f.d., dos. Qüdürət Bəkirov və Tarix və epiqrafika şöbəsinin aparıcı elmi işçisi, ped.e.d., prof. Firədun İbrahimovun müəllif olduqları “İpəkçiliyin inkişafı və perspektivləri” adlı kitab nəşr edilib.

Kitabda Şəki REM-in Tut ipəkqurdunun seleksiyası şöbəsində uzun illər ərzində ipəkçiliyin inkişafına yönəlmiş elmi-tədqiqat işləri, aparılmış seleksiya təcrübələri və əldə olunmuş nəticələrə dair geniş materiallar təqdim olunub.

Nəşrin baş redaktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü, elmi redaktoru fil.e.d., dos. Kamil Adışirinov, rəyçiləri isə bio.e.d., dos.Elşad Əhmədov və aqrar elmlər üzrə fəlsəfə doktoru Qaffar Məmmədovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: