Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

27.02.2026 15:12
  • A-
  • A
  • A+

MEK görkəmli ədəbiyyatşünas və tənqidçi Yaşar Qarayevə həsr olunan virtual sərgini təqdim edir

MEK görkəmli ədəbiyyatşünas və tənqidçi Yaşar Qarayevə həsr olunan virtual sərgini təqdim edir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası görkəmli ədəbiyyatşünas və tənqidçi Yaşar Qarayevin 90 illik yubileyi münasibətilə  “Yaşar Qarayev - 90” adlı virtual sərgini (https://heyzine.com/flip-book/d371126642.html) təqdim edir.

Sərgi MEK-in fondlarında saxlanılan nəşrlər əsasında hazırlanıb. Burada alimin klassik və müasir ədəbiyyatın inkişaf mərhələləri, ədəbi cərəyanlar və onların xüsusiyyətlərinin geniş şəkildə təhlil olunduğu əsərləri yer alıb. Bundan başqa, görkəmli alimin həyatı, kinomatoqrafiya sahəsində gördüyü işlər haqqında məlumatlar, fotolar nümayiş olunur.

Sərgilənən nəşrlər arasında görkəmli tənqidçinin elmi əsaslılığı, prinsipiallığı və dərin analitik yanaşması ilə seçilən tənqidçilik fəaliyyətini əks etdirən, Azərbaycan ədəbiyyatşünaslığının fundamental nümunələri - “Seçilmiş əsərləri” (beş cilddə), “Poeziya-nəsr Realizm: sənət və həqiqət”, “Hüseyn Cavid”, “Min ilin sonu”, “Ədəbi üfüqlər”, “Meyar-şəxsiyyətdir”, “İlyas Əfəndiyev”, “Faciə və qəhrəman”, “Səhnəmiz və müasirlərimiz” və başqa dəyərli nəşrlər yer alır.

Virtual sərgi ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil olunub. Ənənəvi sərgi iki həftə müddətində davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: