Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Hacı Səlim Səyyah Qasımzadə. Əsərləri” kitabı çapdan çıxıb
27.02.2026 16:42
  • A-
  • A
  • A+

“Hacı Səlim Səyyah Qasımzadə. Əsərləri” kitabı çapdan çıxıb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Afaq Əliyevanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi fil.ü.f.d., dosent Elmira Qasımova ilə birgə ərəb əlifbasından transfoneliterasiya edərək tərtib edib nəşrə hazırladığı “Hacı Səlim Səyyah Qasımzadə. Əsərləri” kitabı işıq üzü görüb.

Kitabda yer alan izahların müəllifi A.Əliyevadır.

Kitaba ictimai fikir tariximizdə dövrünün mütərəqqi ziyalılarından biri kimi tanınan pedaqoq, şair, nasir, publisist, tərcüməçi və naşir Hacı Səlim Səyyah Qasımzadənin (1869-1943) tərcümələri, 1915-1917-ci illərdə kitab kimi nəşr etdirdiyi əsərləri, sağlığında haqqında yazılan və dövri mətbuatda dərc olunan iki tərcümeyi-halı daxil edilib. Kitab şairin bədii irsinin toplanılması və nəşri tarixində ilk təşəbbüs kimi ədəbi ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, yeni nəşrin redaktoru fil.e.d., professor İslam Qəribli, rəyçiləri fil.ü.f.d., dosent Səadət Vahabova və Mustafa Mailoğludur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: