Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Özbəkistan EA-nın vitse-prezidenti, professor Bahrom Abdukhalimov: Birinci Türkoloji Qurultay türklərin birliyi üçün geniş üfüqlər açdı
27.02.2026 17:20
  • A-
  • A
  • A+

Özbəkistan EA-nın vitse-prezidenti, professor Bahrom Abdukhalimov: Birinci Türkoloji Qurultay türklərin birliyi üçün geniş üfüqlər açdı

1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni birliyi, ortaq milli-mənəvi dəyərlərin inkişafı və inteqrasiya proseslərinin dərinləşməsi üçün geniş üfüqlər açan ictimai tədbir olmuşdur.

Bu sözləri Özbəkistan EA-nın vitse-prezidenti, professor Bahrom Abdukhalimov bildirib.

Özbəkistanlı professor daha sonra deyib:

- Qurultay 20-ci əsrin əvvəllərində türkoloji elmi və mədəni mühitdə aktual məsələlərə toxunmuş, onun işində təqdim olunan məruzələr humanitar, sosial elmlər və türkologiyanın aktual məsələlərini əks etdirmiş və konkret təkliflər irəli sürmüşdür.

Keçmiş Sovet İttifaqında yaşayan türkdilli xalqların nümayəndələrinin, eləcə də Avropa, Türkiyə və İrandan olan türkoloqların iştirakı qurultayın əhatə dairəsini və miqyasını əyani şəkildə göstərir. Yerli ziyalıların Türkoloji Qurultayı ölkədə təkcə dilçilikdə deyil, həm də ədəbiyyat, tarix, mədəniyyət, folklor, etnoqrafiya və təhsildə əsas elmi və yaradıcı qüvvələrin yaranmasına və inkişafına dəlalət edir.

Bugünkü beynəlxalq elmi konfrans isə türk xalqlarının möhkəm təməllər üzərində qurulmuş elmi-mədəni birliyinin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: