Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Cahid Şenel: Ortaq əlifbaya keçid məsələsində konseptual bir təməl qoyulur
28.02.2026 21:28
  • A-
  • A
  • A+

Cahid Şenel: Ortaq əlifbaya keçid məsələsində konseptual bir təməl qoyulur

AMEA-da keçirilən “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən İstanbul Üniversitetinin professoru Cahid Şenel:

- Yüz il əvvəl keçirilən tarixi qurultay, əlifba birliyi və latın qrafikasına keçid ideyasının nəzəri əsaslarını ortaya qoymaqla yanaşı, dövlət xadimlərinin iradəsi ilə bu addımın praktikaya köçürülməsinin təməlini qoydu. Uzun müddətdir ki, ortaq əlifba üzərində türk dövlətlərinin elmlər akademiyaları, Türk Dil Qurumu və türk coğrafiyasının nüfuzlu alimləri tərəfindən ciddi elmi araşdırmalar aparılır.

Hesab edirəm ki, bu konfrans tarixi bir dönüş nöqtəsidir. Necə ki yüz il əvvəl əlifba islahatı ilə strateji bir addım atılmışdısa, bu gün də ortaq əlifbaya keçid məsələsində konseptual bir təməl qoyulur. Bu elmi yanaşmanın yaxın illərdə real müstəviyə keçəcəyinə və praktik addımlarla taclanacağına əminəm.

Bir əsr əvvəl başlayan və bu gün burada davam etdirilən fəaliyyətlər Türk dünyasının gələcək taleyində yeni və möhtəşəm bir səhifə açacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: