“Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Atatürk Öğretmen Akademiyasının prezidenti, Şimali Kipr Türk Respublikasının akademiki Güner Konedralı:
- Bəşəriyyət tarixində hər bir böyük nailiyyət müqəddəs bir xəyalla başlayır. Bu gün şahidi olduğumuz dil və əlifba birliyi ideyası da həmin xəyalların mühtəşəm bir gerçəkliyə doğru atılan qətiyyətli addımıdır. Bir əsr əvvəl təməli qoyulmuş bu milli hərəkat, artıq bu gün öz təsirini bütün dünyada hiss etdirməyə başlayıb və Türk dünyasını vahid bir amal ətrafında birləşdirib.
Mən bu mötəbər toplantıda Şimali Kipr Türk Cümhuriyyətini təmsil edən iki rəsmi şəxsdən biri olaraq iştirak edirəm. Şimali Kiprin belə sarsılmaz bir birliyin, belə bir nəhəng ailənin tərkib hissəsi olması bizlərə sonsuz fəxr və qürur hissi yaşadır.
Tam əminliklə deyə bilərəm ki, bu birlik ən qısa zamanda öz varlığını bütün dünyaya qəbul etdirəcək və qlobal miqyasda həlledici bir güc strukturuna çevriləcəkdir.
Heç kimin şübhəsi olmasın ki, əcdadlarımızın öz canları və qanları bahasına apardıqları bu müqəddəs mübarizənin məntiqi nəticəsi olaraq, biz hədəflədiyimiz o ali zirvəyə çox yaxın gələcəkdə mütləq çatacağıq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.