Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Arxeologiya və Antropologiya İnstitutu arasında birgə layihələrin icrası ilə bağlı işgüzar görüşlər davam edir
02.03.2026 09:50
  • A-
  • A
  • A+

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Arxeologiya və Antropologiya İnstitutu arasında birgə layihələrin icrası ilə bağlı işgüzar görüşlər davam edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisindəki tarixi abidələrə baxış keçiriblər.

Hər iki qurumun arasında elmi tədqiqatların aparılması barədə birgə əməkdaşlıq razılaşmasına əsasən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun arxeoloji tədqiqatlara cəlb edilməsinin mərhələli “yol xəritəsi”ni ehtiva edən ilkin fəaliyyət layihəsi müzakirə edilib. Həmçinin elmi tədqiqatların “yol xəritəsi” layihəsi təşəbbüsündə İçərişəhərdəki tarixi abidələrdə arxeoloji tədqiqatların aparılması mövzusu üzrə hər iki qurum arasında görüşlərin intensivləşməsi barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təklifləri də yer alıb.

Beləliklə, aparılmış müzakirələr zamanı uzun müddətlik fasilədən sonra yaxın gələcəkdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğlarında elmi tədqiqatların başlanılması təşəbbüsü üzrə ümumi razılıq əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: