Biz Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən bu beynəlxalq elmi konfransa Şimali Kipr Türk Cümhuriyyətindən böyük bir həvəslə gəlmişik.
Bu sözləri Doğu Akdeniz Üniversitetinin dekanı, professor Ahmet Pehlivan deyib. O, daha sonra bildirib:
- Şübhəsiz ki, Bakıda keçirilən beynəlxalq elmi konfrans bütün Türk dünyası üçün müstəsna və tarixi bir əhəmiyyət daşıyır. Unutmaq olmaz ki, bu gün istifadə etdiyimiz müasir əlifbanın mənəvi və elmi təməlləri məhz bir əsr əvvəl bu salonda, bu möhtəşəm qurultayda atılmışdı.
Mən tam qətiyyətlə inanıram ki, yeni "Ortaq Türk Əlifbası"nın qəbul edilməsi xalqlarımız arasındakı mənəvi körpüləri daha da möhkəmləndirəcək və Türk dünyasının sarsılmaz birliyini yeni bir mərhələyə daşıyacaqdır. Bu addım təkcə yazı sistemimizin eyniləşməsi deyil, həm də dövlətlərimiz arasındakı siyasi, mədəni və strateji əlaqələrin daha dərindən inteqrasiya olunmasına xidmət edəcək tarixi bir qərardır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.