Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kürşat Zorlu: 100 illik yubiley elmi konfransı türkologiyanın aktual məsələlərinin müzakirəsi üçün çox faydalı olacaq
02.03.2026 16:10
  • A-
  • A
  • A+

Kürşat Zorlu: 100 illik yubiley elmi konfransı türkologiyanın aktual məsələlərinin müzakirəsi üçün çox faydalı olacaq

Türkdilli ölkələr arasında ünsiyyətin daha da möhkəmlənməsi üçün ortaq əlifbanın tətbiqi istiqamətində atılmalı olan addımlar elmi konfransın əsas məsələlərindən biridir.

Bu fikri Türkiyənin millət vəkili Kürşat Zorlu bildirib. O, daha sonra deyib:

- Heç bir vasitəçi olmadan anlaşan türkdilli dövlətlər eyni ailəyə mənsubdur və bu, bir-birimizlə əməkdaşlıq etmək üçün geniş perspektivlər yaradır. Gücümüz birliyimizdədir. Bu baxımdan elmi konfransdan gözləntilərimiz böyükdür.

Tədbirdə bu qədər iştirakçının, qonaqların olması məni çox sevindirdi. Birinci qurultayda cəmi 131 nəfər iştirak edirdisə, 100 illik yubiley münasibətilə keçirilən bugünkü konfransda bütün türk dövlətlərindən olan elm adamları, o cümlədən tarixçilər, dilçilər arxeoloqların iştirakı bayram əhvalı yaradır. 100 illik yubiley elmi konfransı türkologiyanın aktual məsələlərinin müzakirəsi üçün çox faydalı olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: