Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Prof.Dr. Şükrü Haluk Akalın: I Türkoloji Qurultay türk dünyasında bir qığılcım kimi çaxdı
02.03.2026 16:40
  • A-
  • A
  • A+

Prof.Dr. Şükrü Haluk Akalın: I Türkoloji Qurultay türk dünyasında bir qığılcım kimi çaxdı

1926-cı ildə Bakıda toplanan I Türkoloji Qurultayın 100-cü ilində eyni binada –İsmailiyyə sarayında toplanmışıq. Bu önəmli toplantı türk dünyasında demək olar ki bir qığılcım kimi çaxdı və ortaq əlifba, ortaq terminlər mövzusunda çox dəyərli söhbətlər getdi, fikirlər söylənildi və sonda qərarlar alındı.

Bu fikri böyük türkoloq alim Şükrü Haluk Akalın bildirib. O, daha sonra deyib:

- Qurultayın 100-cü ilində hansı məsələlərdən danışmalıyıq, günümüzün texnologiya imkanları ilə inkişaf etdirilməsi və türkologiyanın yenilikləri ilə incələnməsi üçün nələr etməliyik, bütün bunları çözmək üçün bura yığışmışıq.

Bu baxımdan bizi bir araya gətirən AMEA və Yunis Əmrə İnstitutuna təşəkkür edirəm və qurultaya uğurlar arzulayıram.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: