AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d. Elnurə Babayeva 27 fevral - 1 mart 2026-cı il tarixlərdə Türkiyənin Ankara şəhərində keçirilmiş “Pedaqoji elmlər və akademik inkişaf” üzrə beynəlxalq konqresdə onlayn şəkildə iştirak edib.
Azərbaycan, Türkiyə, Amerika, Albaniya, Mərakeş, Meksika və bir sıra ölkələrin aparıcı təhsil və elmi-tədqiqat müəssisələrindən alim və mütəxəssislərin qoşulduğu konqresdə əməkdaşımız “Azərbaycan əlyazma ənənəsində “Həmzənamələr”in rolu” (“The place of “Hamzanamas” in Azerbaijani manuscript tradition”) mövzusunda məruzə edib, maraqlı və dolğun çıxışına görə təşkilatçı qurumun sertifikatına layiq görülüb.
Qeyd edək ki, beynəlxalq konqres AKAP – Beynəlxalq Akademik Platforma tərəfindən həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.