Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.03.2026 17:59
  • A-
  • A
  • A+

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA Azad Həmkarlar İttifaqının ilk Həmkarlar Təşkilatlarında silsiləvi tədbirlər keçirilib

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA Azad Həmkarlar İttifaqının ilk Həmkarlar Təşkilatlarında silsiləvi tədbirlər keçirilib

AMEA-nın Azad Həmkarlar İttifaqının dəstəyi ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə iIk Həmkarlar Təşkilatlarında silsilə tədbirlər təşkil olunub.

Bayram tədbirləri çərçivəsində Memarlıq və İncəsənət İnstitutu, Arxeologiya və Antropologiya İnstitutu, Dilçilik İnstitutu, Tarix və Etnologiya İnstitutu, Şərqşünaslıq İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi və Şəki Regional Elmi Mərkəzində qadın əməkdaşlarla görüşlər keçirilib, onların elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib.

Çıxışlarda qadın alimlərin və əməkdaşların ölkənin elmi potensialının inkişafında mühüm rol oynadığı vurğulanıb, onların sosial rifahının yaxşılaşdırılmasının və əməyinin stimullaşdırılmasının həmkarlar ittifaqlarının əsas prioritet istiqamətlərindən biri olduğu qeyd edilib.

Tədbirlər çərçivəsində qadın əməkdaşlara bayram münasibətilə hədiyyələr və hədiyyə kartları təqdim olunub.

Sonda xatirə şəkilləri çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: