Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ədəbiyyat İnstitutunun əməkdaşı məzunu olduğu məktəbin himninin sözlərini yazıb
10.03.2026 09:42
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun əməkdaşı məzunu olduğu məktəbin himninin sözlərini yazıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron xidmətlər şöbəsinin baş mütəxəssisi Zərifə Qasımova məzunu olduğu Xətai rayonundakı 64 nömrəli tam orta məktəbin himninin sözlərinin müəllifidir. Əsərin musiqisini həmin təhsil müəssisəsinin müəllimi Mətanət Tomayeva bəstələyib.

Təhsil ocağının yaradılmasının 100 illiyi ilə əlaqədar bu ilin aprel ayında geniş yubiley tədbirinin keçirilməsi planlaşdırılır. Zərifə Qasımovanın adı məktəb jurnalının “Seçilmiş məzunlar” bölməsində də yer alıb. O,

64 nömrəli məktəbi 1996-cı ildə müvəffəqiyyətlə bitirib.

Zərifə Qasımova 2018-ci ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi informasiya və tərcümə şöbəsində baş mütəxəssis kimi fəaliyyət göstərir. O, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Çiyələk qoxusu” (“Zapax klubniki”) və “Sehr lələyi” (“Pero volşebstva”) adlı şeir kitablarının, eləcə də bir sıra elmi məqalə və tezislərin müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: